• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı

Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı
31.03.2014 15:15
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsindən çıxarılıb. AzNews.az-ın məlumatına görə, HDQ-nın komandanı vəzifəsini icra edən, qurumun qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov ordudan tərxis olunub. Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən bir neçə gün əvvəl Y. Məmmədov təqaüdə göndərilib. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin edilib.Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edəcək.Qeyd edək ki, martın 11-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 10:03
Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol