• $
  • £

Azərbaycanda qızıl hasilatı 9%, gümüş isə 8% artıb

Azərbaycanda qızıl hasilatı 9%, gümüş isə  8% artıb
20.02.2023 21:45
2023-cü ilin yanvarında Azərbaycanda qızıl hasilatı 181,4 kq təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 8,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. 

Hesabat dövründə gümüş hasilatı 308,7 kq (artım 7,6%) təşkil edib.

Hasil edilmiş  qızıl və gümüş emal üçün təhvil verilmişdir.

Statistikaya görə, 2023-cü il fevralın 1-nə istehsal müəssisələrinin anbarlarında 194 kq hasil edilmiş qızıl, 331,6 kq gümüş olub. 

Hazırda Azərbaycanda qiymətli metallar dövlətə məxsus "AzerGold” QSC və Böyük Britaniyanın "Anglo Asian Mining PLC” şirkəti tərəfindən hasil edilir.

"AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Anglo Asian Mining PLC ilə 21 avqust 1997-ci ildə PSA tipli müqavilə imzalanmış və 6 yatağın işlənməsi nəzərdə tutulmuşdur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. 2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət sərəncamında üç yeni müqavilə bloku aldı və birini inkişaf etdirmək hüquqlarından imtina etdi. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
 
Hazırda Anglo Asian Mining Gədəbəy və Qoş müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol