• $
  • £

“Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı

“Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı
21.02.2023 10:43
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu "Türkiyə üçün bir ürək olaq!” adlı ianə toplanılması aksiyasına start verib.

Bu aksiyanın davamı olaraq "Qırmızı Ürəklər” Fondu ilə "Ahbap Derneği” arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində "Qırmızı Ürəklər” Fondunun idarə heyətinin üzvləri Sevda Haqverdiyeva və Yusif Poladov, həmçinin "Ahbap Derneği” idarə heyətinin üzvləri Haluk Levent və Hüseyin Küçük iştirak edirdi.

Əməkdaşlıq memorandumunun imzalanmasından əvvəl çıxış edən fondun prezidenti Sevda Haqverdiyeva Türkiyədə baş verən zəlzələ nəticəsində zərər çəkən şəxslərə dəstək göstərmək məqsədilə "Türkiyə üçün bir ürək olaq” aksiyasından danışdı. 10 gün ərzində 26 000 nəfərdən artıq ianəçi tərəfindən toplanan 600 000 manatdan artıq vəsait "Ahbap Derneği”nə ianə ediləcək.

Daha sonra çıxış edən Haluk Levent Türkiyə-Azərbaycan qardaşlığından söz açdı. Bu müddət ərzində göstərilən dəstəyə, humanitar yardımlara görə Azərbaycana, bu aksiyanı başlatdığı üçün fonda və bütün Azərbaycan xalqına öz təşəkkürlərini bildirdi. 

Memorandum çərçivəsində ictimai və sosial əhəmiyyətli birgə layihələrin həyata keçirilməsini, zəlzələ və ya digər təbii fəlakət zamanı əziyyət çəkən əhaliyə qayğı göstərilməsi istiqamətində tədbirlərin görülməsi, birgə xeyriyyə layihələrinin təşkil edilməsi nəzərdə tutulub.

"Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol