Azərbaycan Türkiyəyə 25 milyona yaxın yardım edib - XİN rəsmisi
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ ilə bağlı Azərbaycan Türkiyəyə 24 milyon 900 min manat məbləğində maddi yardım edib.Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tvitter hesabında paylaşıb.
O bildirib ki, bu məbləğin toplanmasında hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər iştirak edib.
XİN rəsmisi qeyd edib ki, bu siyahıda fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.
Türkiyədə baş verən zəlzələdə Türkiyəyə ilk yardıma gedən ölkə Azərbaycan olub. Belə ki, aiddiyatı qurumlar Türkiyəyə minə yaxın texniki və canlı qüvvə göndərib.

Qonşu ölkədə baş verən zəlzələ nəticəsində 4 tələbə olmaqla 10 azərbaycanlı həyatını itirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər