Ağdərə istiqamətində atəşkəs pozulub - Rusiya Müdafiə Nazirliyi
Qarabağın Ağdərə rayonunda atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ölən və yaralananların olmadığı qeyd edilir.
www.anews.az
Ölən və yaralananların olmadığı qeyd edilir.
"Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”, - rəsmi açıqlamada qeyd olunub.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələlik hər hansı bir mövqe bildirməyib.
2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli bəyanət imzalayıb. Bəyanata görə Qarabağda hərbi əməliyyatlar dayandırılıb və Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağa müvəqqəti yerləşdirilib.
Güınar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər