Aİ diplomatları Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər
Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə "Reuters” mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Aİ-nin hələ də həll olunmamış bir neçə problemi var.
Fevralın 23-də günorta saatlarında əlavə danışıqların aparılacağı dəqiqləşdirilir.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiyaya qarşı yeni, onuncu sanksiyalar paketi ilə bağlı Aİ daxilində fikir ayrılıqlarının olduğunu etiraf edib, lakin məhdudlaşdırıcı tədbirlərin fevralın 24-dək razılaşdırılacağını bildirib.
www.anews.az

Avropa İttifaqının saytında bir bəyanat yayıldı ki, Aİ "Rusiya iqtisadiyyatını kritik texnologiyalardan məhrum etmək üçün" dəyəri 11 milyard avrodan çox olan bir sıra Rusiya sənaye mallarının ixracına qoyulan qadağanı genişləndirməyi təklif edir. , həmçinin ikili təyinatlı və qabaqcıl mal texnologiyalarının ixracını daha da məhdudlaşdırır. Aİ bildirib ki, bunlar Avropa İttifaqının indiyə qədər tətbiq etdiyi "ən sərt" məhdudiyyətlər olacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər