Azərbaycan və Böyük Britaniya avtomobil daşımaları haqqında Saziş imzalayıb
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter” hesabında yazıb.
Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər