• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

ABŞ gizli yolla 122 ölkə liderinin telefon danışıqlarını dinləyibmiş

ABŞ gizli yolla 122 ölkə liderinin telefon danışıqlarını dinləyibmiş
30.03.2014 14:22

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) 122 dövlət və hökumət başçısı haqqında məlumat topladığına dair yeni bir sənədin ortaya çıxdığı iddia edilib. 

Modern.az xəbər verir ki, Alman Spiegel jurnalı NSA-nın keçmiş analitiki Edvard Snovdenin sızdırdığı sənədlərə əsasən qeyd edib ki, 2009-cu ilin may ayına aid olan siyahıda NSA tərəfindən məlumat toplanılan dövrününü 122 dövlət və hökumət başçılarının adları yer alıb.

Siyahıda Somalinin keçmiş dövlət başçısı Abdullahi Yusuf, Fələstin dövlət başçısı Mahmud Abbas, Perunun keçmiş dövlət başçı Alan Qarsia, Belarusun prezidenti Aleksandr Lukaşenko, Qvatemalanın keçmiş prezidenti Alvaro Colom, Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe, Malinin keçmiş prezidenti Amadou Toumani Ture, Almaniyanın Baş naziri Angela Merkel, Suriyanın prezidenti Bəşər Əsəd və son sırada Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko da iştirak edir.

NSA-nın Almaniyanın Baş naziri Angela Merkeli dinlədiyi ortaya çıxandan sonra Almaniya müttəfiqi olan ABŞ-a “qarşılıqlı casusluğu qadağan edən” bir razılaşma imzalamağa təklif etsə də, ancaq ABŞ indiyə qədər bu məsələyə müsbət cavab verməyib.

Qeyd edək ki, Alman Federal Məclisi NSA-nın dinləmə fəaliyyətləri ilə bağlı bir araşdırma komissiyası qurma qərarı  alıb. Aprel ayının ortalarında fəaliyyətə başlayacaq olan araşdırma komissiyası ABŞ və İngiltərə kəşfiyyatının Almaniyada icra etdiyi casusluq fəaliyyətlərini araşdıracaq.

Modern.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Londonda etirazçılar İran səfirliyinin binası üzərindəki bayrağı dəyişdiriblər - Video
Dünya 22:10
Londonda etirazçılar İran səfirliyinin binası üzərindəki bayrağı dəyişdiriblər - Video
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol