Azərbaycan və Özbəkistan üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Özbəkistan üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq edəcək.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan məlumat verilib.
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyinin direktorun müavini vəzifəsini müvəqqəti icra edən Ənvər Ubaydullayev imzalayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər