Xocalıda əsir düşən qadın - 3 günlük körpəmə edilən işgəncəni unuda bilmirəm

Ermənilər tərəfindən törədilən kütləvi qırğınlar hələ də lazımi səviyyədə dəyərləndirilməyib. Bunu Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov anews.az-a bildirib.
"Xocalı soyqırımın törədilməsi Azərbaycan xalqına qarşı çox ağır bir cinayətdir. Ümumiyyətlə insanlığa bəşəriyyətə qarşı bir ləkədir. Ukrayna müharibəsi ilə müqayisə etsək, dünya bütövlükdə Rusiyaya qarşı səfərbər olub və hətta onu beynəlxalq məhkəmə ilə təhdid edir. Amma beynəlxaq aləmin ermənilərin bizə qarşı törətdiyi cinayətlərə heç bir reaksiyasını görmədik. Xocalı soyqırımı daxil olmaqla Daşaltı, Ballıqaya, Kərkicahan kimi soyqırım cinayətləri hələ də dünya birliyi tərəfindən qəbul edilmir. Ermənilərə qarşı hüquq çərçivəsində bir çox cinayət işləri açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər beynəlxalq axtarışdadır", - hüquqşünas bildirib.
Fevral hadisələrində Xocalıda 4 uşağı ilə 10 günlük girovluq həyatı yaşayan məshəti türkü Mehriban Bəkirova anews.az-a başına gələnləri danışdı.
Mehriban Bəkirova 3 günlük körpəsinə verilən əziyyətləri hələ də unuda bilmir.
"Dəhşətli gecədə 3 günlük Günayıma və 4 yaşlı oğluma edilən işgəncəni heç vaxt unutmayacam. Həmin gün digər günlərə nisbətən soyuq idi. Yoldaşımın aeroportda növbədə olduğu günə təsadüf etdi. Anidən mərmi səsləri eşidilməyə başladı. Uşaqları da götürüb qonşularla birgə zirzəmiyə qaçdıq. Sığınacaqda xeyli qadın, uşaq, bir neçə yaşlı kişi var idi. Ermənilər zirzəmiyə daxil olanda nə edəcəyimizi bilmirdik. Onların nə danışdığı da aydın deyildi. Hərdən bizə baxaraq gülürdülər. Sadəcə dəhşət idi. 3 günlük körpə uşağımı əlimdən alıb, yerə çırpdılar. Qaçıb uşağı götürəndə bir də əlimdən alıb, zirzəmidən çölə atdılar. İmkan vermədilər uşağa yaxınlaşmağa. Ancaq həmin körpə ölmədi. Bizi çölə çıxaranda gördüm ki, 3 yaşlı oğlumun bədənində 4 yerdə yara izi var. Ermənilər qranat atanda onun qəlpələri oğluma dəyib. Gözümün qabağında oğluma kömək edə bilmirdim. Erməni əsgərləri əlində bir kisə duz gətirib 4 yaşlı uşağın yarasına tökürdülər. Uşağımın çəkdiyi acı hələ də gözümün qabağından getmir", - Bəkirova deyir.
Onun sözlərinə görə, əsirlikdə 10 gün qalıb və martın 5-də əsirlikdən azad edilib.
"Əsirlikdən qayıdanda yoldaşımı soruşdum, dedilər ki, o, evdədir, amma yaralıdır. Ancaq evə çatanda bildim ki, o artıq şəhid olub. 3 günlük körpəm, aldığı travmalardan 2011-ci ildə, 15 yaşında dvəfat etdi", - BəkirovF bildirib.
Ötən əsrin 90-cı illərində Bağanis Ayrım (24.03.1990), Kərkicahan (1991), Meşəli (22.12.1991), Qaradağlı (14-17.02.1992), Başgüneytəpə (06.1991-03.1992), Ağdaban (08.04.1992), Ballıqaya (28.08.1992), Başlıbeldə (18.04.1993) azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların üzərindən 31 il ötüb. Ancaq hələ də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qətliamlara layiqli hüquqi qiymət verilməyib.
Ballıqaya qətliamI haqqında danışan politoloq Şəbnəm Həsənova bildirib ki, Ballıqaya Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən ağır qətliamlardan biridir.
"Azərbaycana qarşı Xocalı soyqırımı və digər ərazilərdə baş verən kütləvi qırğınları törədən Ermənistan hələ də cəzalandırılmayıb. Ermənilər tarix boyu Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Bunun nəticəsidir ki, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlıları kütləvi şəkildə məhv etmək niyyəti ilə qırğın aktları törədiblər. Ballıqaya qətliamı azərbaycanlılara qarşı törədilən ən ağır cinayətlərdən biri sayılır",- politoloq əlavə edib.
Ballıqaya qətliamı 1992-ci ilin avqustun 28-də səhər saat 5 radələrində Goranboyun Ballıqaya kəndində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
Ermənilər Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalisini kütləvi şəkildə məhv etmək niyyəti ilə silsilə qırğın aktları törədiblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə 9sə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törətdiyi ən qanlı soyqırım Xocalıda baş verib. .
Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 613 nəfərdən 63-ü uşaq, 106-ı qadın, 70-i isə qoca olub. Bundan başqa 76-ı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliamını tanıyıb. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi tanınır.
İstiqamət: 5.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,
habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,
habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 