Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrinin aparıcı KİV-lərində məqalələr dərc olunub.
Məqalələrdə həmin qanlı gecədə baş verən vəhşiliklər, erməni faşistlərinin günahsız insanları uşaq, qoca, qadın demədən xüsusi amansızlıqla qətlə yetirmələrinə dair məlumatlar, fotolar oxucuların diqqətinə çatdırılıb.
Nüfuzlu "The Geopolitics” nəşrinin saytında yayımlanan "Xocalı soyqırımını anarkən: Müasir tarixin ən qanlı soyqırımlarından biri” sərlövhəli məqalədə ağır artilleriya, pulemyot və qumbaraatanlarla silahlanmış Ermənistan qoşunlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə qanlı hücumu nəticəsində azərbaycanlı mülki şəxslərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, bu qanlı hücum nəticəsində 487 nəfər ağır yaralanıb, 150 nəfərin taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Xüsusi vurğulanıb ki, əhalinin tamamilə məhv edilməsi üçün hücum zamanı şəhərin mühüm infrastruktur obyektləri də hədəfə alınıb.
www.anews.az