Zəlzələ Türkiyəyə 34,2 milyard dollar fiziki ziyan vurub - Dünya Bankı
Baş verən güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq birbaşa fiziki ziyan vurub, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir. Bu barədə Dünya Bankının hesabatından bildirilib.
Bank hesabatına görə, Türkiyə iqtisadiyyatına dəymiş ziyanın 34,2 milyard dollar təşkil etdiyini və arta biləcəyini vurğulayıb.
Dünya Bankının fikrincə, yenidənqurma və bərpa işlərinə vəsaitin çox olacağı bildirilib.
Türkiyə Prezidenti Ərdoğan zəlzələ bölgəsində 185 345 binanın ya tamamilə uçduğunu, ya da ciddi zərər gördüyünü qeyd edib.
Təxminən 45 minə yaxın insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.
Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.
Türkiyəyə ABŞ-ın ümumi yardımını 185 milyon dollara çatdırır ki, bu yardım xilasetmə və bərpa işlərində iştirak etmiş beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox