Bakı və İrəvan Rusiya ilə birgə hazırlanmış təşəbbüsləri həyata keçirəcək - Zaxarova
Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya ilə birgə hazırlanmış sülh təşəbbüslərinin həyata keçirilməsinə ümid var. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, halbuki "kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır”. "Heç kim deyə bilməyəcək ki, haradasa ayağı, əli və ya kollektiv Qərb düşüncəsi var idisə, o, daha yaxşı hala gəldi”, - Zaxarova bildirib.
www.anews.az
Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobud adlandırıb. Onun fikrincə, belə bir siyasət münaqişənin həlli üçün deyil, "tam əks məqsədlərlə” aparılır.
"Təəssüf ki, biz uzun illərdir ki, burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - diplomat əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, halbuki "kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır”. "Heç kim deyə bilməyəcək ki, haradasa ayağı, əli və ya kollektiv Qərb düşüncəsi var idisə, o, daha yaxşı hala gəldi”, - Zaxarova bildirib.
Fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransı zamanı qeyd edib ki, Ermənistanda Avropa İttifaqı tərəfindən irəli sürülən qondarma mülki missiya onun legitimliyi baxımından bir çox suallar doğurur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər