• $
  • £

Xocalıdakı görüşdə Azərbaycanı bu deputat təmsil etdi

Xocalıdakı görüşdə Azərbaycanı bu deputat təmsil etdi
01.03.2023 13:31
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol