Türkiyə prezidenti seçkilərin tarixinin dəyişməyəcəyini bildirilib
Mayın 14-də Türkiyə xalqı lazım olan qərarı verəcək. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib.
Bildirilib ki, qərar artıq qəbul olunub.
"Bəziləri üçün danışmaq asandır, onlar sadəcə danışır, kamera arxasına keçir. Çünki onlar məsuliyyət daşımırlar"- prezident bildirib.
Əsas məsələ zəlzələdən zərər çəkmiş 11 əyalətdə səsvermə prosedurudur. Bazar ertəsindən Mərkəzi Seçki Komissiyası zəlzələlərdən sonra böyük dağıntıları nəzərə alaraq, səsvermənin praktiki olaraq necə, hansı rayonlarda və hansı qurumlar əsasında təşkil ediləcəyi ilə bağlı qərar qəbul etmək üçün bölgələrdə yoxlamalara başlayır. Konteyner şəhərciklərində seçki məntəqələrinin və səyyar səsvermə məntəqələrinin təşkili məsələsi də öyrəniləcək.
Bundan əlavə, MSK zərər çəkmiş rayonların onları tərk edərək müvəqqəti olaraq başqa əyalətlərdə məskunlaşan yüz minlərlə sakini üçün təlimat hazırlamalı olacaq. Belə olan halda seçicilərin qeydiyyatı və siyahılarının formalaşdırılmasının yaşayış yeri üzrə aparılması, bir çox köçürülənlərin isə hələ də yeni yerdə qeydiyyat sənədlərinin olmaması səbəbindən müəyyən çətinliklər yarana bilər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox