• $
  • £

Türkiyənin zəlzələ bölgəsində tikiləcək evlərin sayı açıqlanıb

Türkiyənin zəlzələ bölgəsində tikiləcək evlərin sayı açıqlanıb
01.03.2023 14:56
Türkiyədə baş verən güclü zəlzələdən sonra zərərçəkənlər üçün ümumilikdə 468 min yaşayış binasının tikilməsi planlaşdırılır. Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı bildirib. 
 
Tikiləcək evlərdən 392 350-si bina evi, 75 681-i isə kənd evi olacaq.

"1 ilimiz var. Bu müddət ərzində 468 min yaşayış binasının inşa edilməsini planlayırıq. Zəlzələ bölgəsində uçan, sökülməli olan və qəzalı binaların keçmişdə olan bütün borclarını silirik. Kahramanmaraş, Hatay, Adıyaman, Malatya vilayətlərinin hamısında Qaziantepin isə İslahiye və Nurdağı bölgələrində sakinlərin işıq və qaz pullarının ödənilməsi 3 ay müddətinə təxirə salınıb”, -  Ərdoğan qeyd edib.
 
Ərdoğan, artıq ilk 21 244 evin inşasının başladığını vurğulayıb.
 
45 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.

Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.

Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib
 
Aytac
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Dünya 16:52
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Dünya 16:06
İranın hücumları nəticəsində BƏƏ-də üç nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol