• $
  • £

Xocalıda keçirilən görüş nələri dəyişə bilər? - Açıqlama

Xocalıda keçirilən görüş nələri dəyişə bilər? - Açıqlama
01.03.2023 19:46
Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda  Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
 
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
 
Görüş zamanı Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
 
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu görüşün Qarabağ icmasının Azərbaycana reinteqrasiyası məsələsinin müzakirəsi, onların humanitar problemlərinin həlli ilə bağlı məsələlərə baxılması üçün vacib olduğunu bildirib.
 
"Bu vacib bir görüşdür. Eyni zamanda Qarabağ icmasının Azərbaycana reinteqrasiyası bağlı humanitar problemlərinin həlli məsələlərin müzakirə olunması üçün vacib sayılır. Biz bu görüşlərdən sonra növbəti belə görüşlərin daha intensiv keçirilməsini proqnozlaşdırırıq. Şübhəsiz ki, görüşdə müzakirə olunan məsələlər  təkcə humanitar məsələlər deyil, həm də Azərbaycanın ərazisində qeyri-qanuni istismar olunan ekoloji yataqlar müzakirə ediləcək.  Bu günki görüşdə çox güman ki,  Azərbaycanda yaşayan erməni icmasının nümayəndələri öz problemlərini  dilə gətiriblər. Məsələnin mahiyyəti bundan ibarətdir. Erməni icmasının əsas məqsədi humanitar problemlərinin həll olunmasıdır. Azərbaycan vətəndaşlığının verilməsi məsələsi indiki mərhələdə müzakirə olunması hələ tezdir. Qarabağda yaşayan erməni icmasının bu prosesə hazırlaşması məsələsi gündəmə gələ bilər,- deputat vurğulayıb.
 
Hikmət Babaoğlu deyir ki, Azərbaycan hər kəsə vətəndaşlıq verməyəcək.
 
"Bu Azərbaycan qanunları ilə müəyyənləşəcək. Azərbaycan qanunlarının pozmayan icma nümayəndələrinə vətəndaşlıq verilə bilər. Sülhün əldə olunması üçün Ermənistan vətəndaşlarının Azərbaycana reinteqrasiyasında bu mərhələdən mütləq keçilməlidir",- deputat əlavə edib.
 

Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol