Rusiya sanksiyalara baxmayaraq, yanacaqdan gündə 100 milyon avrodan çox gəlir əldə edir
Rusiya neft və qazının Avropaya tədarükü sanksiyalara baxmayaraq davam edir və onların satışından Rusiya gündə ən azı 100 milyon avro gəlir əldə edir. Bu barədə "Haber7” Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına istinadən yazır.
CREA-nın məlumatına görə, Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Avropaya satılan maye qazın həcmi xeyli artıb. Ümumilikdə, yanvar və fevralda Rusiya qalıq yanacaq ehtiyatlarının satışından təxminən 30 milyard avro əldə edib.
Hesabatda həmçinin qeyd olunub ki, Aİ-nin əsas sanksiyaları yalnız dəniz yolu ilə daşınan neft məhsullarına şamil edilir. Bununla belə, təbii qazın nəqlinə hələ də qadağa qoyulmayıb.
Fevralın ortalarında Çinin "People's Daily" qəzeti yazıb ki, Rusiya Rusiya neftinin barreli 60 dollarlıq qiymət həddinə qoşulmaq qərarına gələn alıcılarla əməkdaşlıqdan imtina edərək Avropaya sərt cavab verib.
www.anews.az

Bundan əvvəl "The Economist” yazıb ki, Rusiya neftinin qiymətləri ilə bağlı tavanın ən təhlükəli nəticəsi odur ki, bu, qlobal iqtisadiyyatda "əlaqələrin kəsilməsini” sürətləndirəcək və həyat səviyyəsinin daha da aşağı düşməsinə gətirib çıxaracaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər