• $
  • £

Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb

Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb
02.03.2023 16:45
Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.


Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından  verilən məlumata görə, hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.


Kafedranın məlumatına görə, 5-7 mart tarixlərində geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, 15 mart tarixi üçün isə 4 olacağı proqnozlaşdırılır. Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, 25-28 mart tarixləri üçün geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.


Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50%, X sinif alışmalar üçün isə 15% -dir. 02-04 mart tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol