Ağdərə istiqamətində atəşkəs pozulub - Rusiya Müdafiə Nazirliyi
Rusiya sülhməramlıları Qarabağ zonasında atəşkəs rejiminin pozulmasını qeydə alıblar. Bu barədə cümə axşamı yayılan Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentin fəaliyyəti haqqında bülletenində deyilir.
"Ağdərə ərazisində atəşkəs rejimi pozulub. Tələfat yoxdur”, - deyə məlumatda bildirilir.
"Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”, - rəsmi açıqlamada qeyd olunub.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələlik hər hansı bir mövqe bildirməyib.
www.anews.az

2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli bəyanət imzalayıb. Bəyanata görə Qarabağda hərbi əməliyyatlar dayandırılıb və Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağa müvəqqəti yerləşdirilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər