ABŞ Maliyyə Nazirliyi altı rusiyalıya qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi altı Rusiya vətəndaşına, o cümlədən bir Moskva hakiminə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Departamentin məlumatına görə, sanksiya siyahısına ədliyyə nazirinin müavini Oleq Sviridenko, Basmannı məhkəməsinin hakimi Yelena Lenskaya və İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Andrey Zadaçin daxil edilib.
Bundan əvvəl ABŞ-ın Ticarət Departamenti, Xəzinədarlıq Departamenti və Ədliyyə Departamenti Amerika bankları və xarici ticarətlə məşğul olan şirkətlər üçün Rusiyaya qarşı sanksiyaların qarşısının alınması ilə daha effektiv mübarizə aparmağa dair tövsiyələr verib.
ABŞ-ın maliyyə naziri Canet Yellen Kiyevə səfəri zamanı bildirmişdi ki, Birləşmiş Ştatlar onu dəstəkləmək üçün ölkəyə 10 milyard dollarlıq ümumi büdcədən 1,2 milyard dollar ayırıb və bu vəsait yaxın aylarda göndəriləcək.
www.anews.az

Yellen vurğulayıb ki, ABŞ-ın bu il strategiyasının əsas istiqaməti Rusiyanın ABŞ sanksiyalarından yan keçmə cəhdinin qarşısını almaq olacaq. Ölkə həmçinin Rusiya Federasiyasına sanksiya təzyiqini artırmaq niyyətindədir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər