Xarici jurnalistlər Xankəndi-Laçın yolunda aksiya barədə məlumatlandırılıblar
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yerinə bir qrup xarici media orqanının əməkdaşı gəliblər.
Onlar aksiyanın keçirilmə səbəbləri baradə məlumatlandırılır.
Xarici KİV nümayəndələri toplanış yerindən çəklişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 84 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər