Azərbaycan XİN: "Təxribatlar Ermənistanın işğal siyasətindən əl çəkmədiyini göstərir"
Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir.
Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə mətbuata məlumatında yer alıb.
"Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir", - XİN-dən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər