İraq "Lukoyl"un Eridu neft yatağının işlənilməsi təklifi ilə razılaşıb
Rusiyanın "Lukoyl" neft şirkəti İraqın dövlət neft şirkəti Thi-Qar Oil Company-dən (TOC) ehtiyatların kommersiyalaşdırılması üçün ərizə və İraqdakı Eridu neft yatağının işlənməsi üzrə ilkin təklifin təsdiqini alıb. Bu barədə TASS agentliyi Rusiya müəssisəsinin mətbuat xidmətinə istinadən yazıb.
Neft yatağı "İnpex South Iraq LTD” şirkəti ilə birlikdə respublikada 10-cu blokun ərazisində işlənəcək. Sənədlər TOK tərəfindən təsdiq edildikdən sonra işlərə başlanılacaq. Şirkətlər gündə 250 min barel neft hasil etmək niyyətindədirlər.
Blok 10-da geoloji kəşfiyyat işlərinə 2012-ci ildə başlanılıb. 2016-cı ildə İraqda son 20 ildə ən böyük yataq burada kəşf edilib və təxmin edilən ehtiyatları 12,9 milyard bareldir.
Noyabrın ikinci yarısında Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı iki ölkənin Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC+) çərçivəsində müsbət işini açıqlayıb.
www.anews.az

Dekabrın birinci yarısında "Sana" agentliyi mənbələrə istinadən xəbər verir ki, ABŞ ordusu Suriyadan İraqa Suriya nefti ilə 66 tanker aparıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər