Türkiyənin ən böyük hərbi gəmisi - TCG Anadolu Hərbi Dəniz Qüvvələrinin komandanlığına təhvil verilib
Türkiyə Müdafiə Sənayesi Müdirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində SEDEF tərsanəsində inşa edilən Türkiyənin ən böyük döyüş gəmisi TCG ANADOLU (L400) Türkiyə Hərbi Dəniz Qüvvələri komandanlığına təhvil verilib. Bu barədə Türkiyə mətbuatı məlumat verib.
Qəbul testləri tamamlandıqdan sonra TCG ANADOLU-nun yaxın həftələrdə rəsmi olaraq Türkiyə Hərbi Dəniz Qüvvələri komandanlığına daxil edilməsi gözlənilir.
Bu sinifdən olan hərbi gəmilər dünyanın cəmi 12 dövlətinin sərəncamındadır. Digərləri ilə yanaşı, gəminin göyərtəsində zərbə PUA-ları yerləşdiriləcək. "TB3 SİHA PUA-ları xüsusilə uçuş və eniş üçün təkmilləşdirilir.
TCG Anadolu gəmisinin uzunluğu 231 metr, eni isə 32 metrdir. Tam təchiz edildikdə, onun çəkisi 27 436 ton olacaq.
www.anews.az

Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı Egey, Qara və Aralıq dənizlərində əməliyyatlar üçün nəzərdə tutulub və lazım gəldikdə Hind və Atlantik okeanlarındakı missiyalarda iştirak edə bilər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər