2022-ci il Ombusdmana iyirmi altı minə yaxın müraciət daxil olub
2022-ci il Ombusdmana 28 525 müraciət daxil olub. Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin təqdimatı zamanı deyib.
"Bizə daxil olan müraciətləri aiddiyatı üzrə yönəldilib. Bir çox hallarda problemlər həll olunub. Bəzi problemlər isə hələ də qalır. Eləcə də Naxçıvandan daxil olan müraciətlər də yerli icra orqanlarlarına göndərilib", - Əliyeva bildirib.
Ombusdman məruzəsində qeyd edib ki, məşğulluq orqanları vətəndaşları işə qəbulla bağlı qaydalarda yeniliklər etməlidir. Bununla bağlı Ombusdmana müraciətlər daxil olub və bəlli olub ki, vətəndaşların hüquqları pozulub.
Səbinə Əliyeva təklif edib ki, ölkədə sosial yardımların verilməsində də bəzi mexanizmlərində dəyişiliklər olmalıdır. Kommunal xərcləri kimi məbləğlər ləğv edilməlidir.
Ombusdman məruzə zamanı həmçinin dərman vasitələrinin kefiyyətinin də zəruri olduğunu vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər