• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Ankarada “Xocalı Abidəsi” kompleksinin açılışı olub

Ankarada “Xocalı Abidəsi” kompleksinin açılışı olub
28.03.2014 09:42
Martın 27-də Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi həyata keçirilib.Azərbaycanın Türkiyədəki səfirliyindən ANS PRESS-ə verilən xəbərə görə, tədbir, səfirliyimiz və Ankaranın Kızılcahamam Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə gerçəkləşdirilib.Tədbirdə, Azərbaycan Prezidenti Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, tanınmış alim və millət vəkili Yaqub Mahmudov, millət vəkili Cavanşir Feyziyev, Kızılcahamam Rayon Bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam Rayonunun İcra Başçısı Mustafa Çit, Türkiyə Respublikası Xarici İşlər Nazirliyindən idarə rəisi Səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, çox sayda Kızılcahamam rayon sakinləri, diaspor nümayəndələrimiz, ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də çox sayda KİV nümayəndələri iştirak ediblər.Mərasim iki qardaş ölkə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlayıb. Daha sonraƏli Həsənov, Faiq Bağırov, Yaqub Mahmudov, Coşkun Ünal və Mustafa Çit çıxış edərək iki qardaş ölkə xalqına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə bəhs ediblər.Əli Həsənov Türkiyədə Xocalı Soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırım kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağını ümid etdiyini vurğulayıb.Açılış mərasiminə olan çox saylı qatılım xüsusi diqqət çəkib. Tədbir iştirakçılarına "İrs-Miras" jurnalı ilə yanaşı erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan çox sayda materiallar təqdim olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 15:20
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Siyasət 09:35
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Siyasət 14:59
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Siyasət 19:37
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Siyasət 12:50
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:34
Prezident onları təltif edib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol