• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Dini məbədlərə veriləcək qazın limiti açıqlandı

Dini məbədlərə veriləcək qazın limiti açıqlandı
27.03.2014 21:48
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edib. "Azəriqaz" İB-dən verilən məlumata görə, ötən il Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına və ARDNŞ Şurasının dekabrın 30-da təsdiq olunmuş qərarına əsasən, məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub."“Azəriqaz"ın abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub. Buna baxmayaraq, hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur”.Qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir. Nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edən dini məbədlər istifadə etdikləri qazın pulunu ödəməli olacaqlar.Qeyd edək ki, artıq bununla bağlı həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həm də "Azəriqaz" İB-nin abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan məbəd və ziyarət yerlərinə məlumat verilib.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 10:03
Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol