• $
  • £

BMT rəsmisi: "Azərbaycanda STEM təhsili alan qızların sayı ürəkaçan göstəricidədir"

BMT rəsmisi:
08.03.2023 20:00
2022-2023-cü tədris ilində Azərbaycanda ümumilikdə 100 305 tələbə STEM təhsili alır. Onların 47 faizi və ya 46,782 nəfəri qızlardır. Hesab edirəm ki, bu, digər ölkələrlə müqayisədə kifayət qədər ürəkaçan göstəricidir.

Bu fikirləri BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yaydığı müraciətdə deyib.

STEM təhsilini qızlar arasında təşviq etmək və onların rəqəmsal savadlılığı və biliklərini artırmaq üçün Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə fəaliyyətlər həyata keçirir: "Qadın və qızların texnologiyaya cəlb edilməsi onların ehtiyaclarına cavab verən və gender bərabərliyini təşviq edən innovasiyalar üçün potensialı xeyli artıracaq. Bu baş verməsə, itkilər böyük olacaq. BMT-nin Azərbaycandakı nümayəndəliyi bütün qadın və qızlar üçün yüksək texnologiya və rəqəmsal təhsilə çıxışın, eləcə də daha inklüziv və bərabər gələcəyin yaradılması uğrunda tərəfdaşları ilə birlikdə fəaliyyətləri davam etdirəcək".

"Mən Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti, media, akademik dairələr və özəl sektorda çalışan bir çox gənc və istedadlı qadın və qızlarla tanış olmuşam və onların gördüyü işlərdən ilham almışam. Onların iqtisadi artım, sosial inkişaf və ekoloji dayanıqlığa verdiyi töhfələr əhəmiyyətlidir" - Vladanka Andreeva əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol