• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

MEDİA “Freedom House”un son hesabatı ilə bağlı bəyanat yayıb

MEDİA “Freedom House”un son hesabatı ilə bağlı bəyanat yayıb
09.03.2023 20:54
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) "Freedom House” təşkilatının son hesabatı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib.

Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, "Media haqqında” Azərbaycan Respublikasının Qanununda hesabatda iddia oluduğu kimi xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.

Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.

Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur.

Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yarana biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsas götürülməklə həll edilir.

Qanun "media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır” deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənləşdirir.
Həmçinin, Qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkar fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir.

Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərimizi cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpa edən ölkəni "işğalçı” adlandıran təşkilatın hesabatı hüquqi və məntiqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrimizin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrimizin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Son altı ayda havada toz dumanında artım nə qədər olub?
Cəmiyyət 16:05
Son altı ayda havada toz dumanında artım nə qədər olub?
Yaxın günlərdətemperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Cəmiyyət 15:41
Yaxın günlərdətemperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda koronavirusun“omikron” ştampı yayılır
Cəmiyyət 15:33
Azərbaycanda koronavirusun“omikron” ştampı yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol