• $
  • £

Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil - XİN

Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil - XİN
10.03.2023 13:05
Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil. Bu barədə məlumat Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yoldan "azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.

Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır.

Sənədə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin "blokada” və "gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir. Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Siyasət 13:43
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol