• $
  • £

Azərbaycanın Əməkdar elm xadimi vəfat edib

Azərbaycanın Əməkdar elm xadimi vəfat edib
12.03.2023 11:47
Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat edib.

Alim martın 11-də gecə saatlarında dünyasını dəyişib.

Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub.

1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün "Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq hava məkanını açıb
Cəmiyyət 13:32
İraq hava məkanını açıb

52 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 13:22
52 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 13:19
Azərbaycanda zəlzələ olub
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
Cəmiyyət 13:07
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər
Cəmiyyət 12:39
“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 12:30
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Sabah bəzi yerlərdə yağış yağacaq
Cəmiyyət 12:28
Sabah bəzi yerlərdə yağış yağacaq
Taleh Bağırzadənin oğlunun 17 yaşlı qızı yumruqla vurduğu iddia edilir
Cəmiyyət 12:18
Taleh Bağırzadənin oğlunun 17 yaşlı qızı yumruqla vurduğu iddia edilir
Bakı metrosunun B4 layihəsində işlər qrafiki qabaqlayır
Cəmiyyət 12:05
Bakı metrosunun B4 layihəsində işlər qrafiki qabaqlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol