Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər qəbul edilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri tikinti sənədləşdrilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mülkiyyət hüququ, qonşular arasında fərdi tikinti ilə baglı mübahisələr, Birinci Qarabağ müharibəsi veteranlarının sosial durumu və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.



www.anews.az