• $
  • £

Azərsu - İçməli suyun bahalaşması üçün Tarif Şurasına müraciət edilməyib

Azərsu - İçməli suyun bahalaşması üçün Tarif Şurasına müraciət edilməyib
13.03.2023 11:17
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. Bu barədə Azərsu ASC-nin məlumatında bildirilir. 
 
Martın 10-da "Azərsu ASC"-nin sədr müavini Etibar Məmmədov jurnalistlər üçün keçirdiyi mətbuat konfrasında deyib ki, hazırda içməli su əhaliyə maya dəyərindən aşağı satılır. 

"Tariflər normal olsa, "Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur”, - Azərsu rəsmisi vurğulayıb. 
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov isə çıxışında qeyd edib ki, hazırda suyun 1000 kubun qiyməti dövlətə 70-80 manata başa gəlir. 

Azərbaycanda sonuncu dəfə suyun qiyməti 2021-ci ilin yanvarında Tarif Şurasının qərarı ilə bahalaşıb. 
 
Belə ki, bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan və Abşeron üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gündən 11 günlük tətil başlayır
Cəmiyyət 00:11
Bu gündən 11 günlük tətil başlayır
Bu gün Azərbaycanda Novruz bayramıdır
Cəmiyyət 00:06
Bu gün Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Ramazan bayramıdır
Cəmiyyət 00:05
Azərbaycanda Ramazan bayramıdır
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Cəmiyyət 23:05
Azərbaycanın Latviyadakı səfirliyi bayram günlərində fəaliyyət göstərməyəcək
Neftçalada avtomobil qadını vuraraq öldürüb
Cəmiyyət 22:45
Neftçalada avtomobil qadını vuraraq öldürüb
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
Cəmiyyət 19:53
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya ediləcək.
Cəmiyyət 19:17
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya ediləcək.
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb
Cəmiyyət 19:00
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb
İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçib
Cəmiyyət 18:36
İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol