• $
  • £

Tbilisidə yenidən etiraz aksiyaları başlayıb

Tbilisidə yenidən etiraz aksiyaları başlayıb
14.03.2023 13:51
Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. Bu barədə "Sputnik Gürcüstan” xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır.

Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar.

Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar "Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər.

Martın 7-də axşam saatlarında "Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda "Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim "Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Dünya 16:52
NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol