• $
  • £

Ərdoğandan "Twitter"lə bağlı açıqlama

Ərdoğandan "Twitter"lə bağlı açıqlama
26.03.2014 19:44
Türkiyədə Twitter sosial şəbəkəsinin yenidən açılacağı istisna deyil. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yerli NTV telekanalının efirində Twitter qadağası ilə bağlı sualı cavablandırarkən deyib."Mən burada çox açıq və konkret bir şey deyəcəyəm. 10 milyon tablet kompüter paylamağa hazırlaşırıq. İndiyədək 260 min tablet paylamışıq. Məktəblərdə yüksək texnologiyalı lövhələr quraşdırırıq. Bu, belə bir hökumətdir. Bizim dərdimiz Tvitterin özü deyil, yanaşmasıdır. Əgər Tvitterdə bu cür əxlaqsızlar əxlaqsızlıqlar yayarsa, siz buna qarşı ölkəni təhrik edən, rahatlığını qaçıran hadisələrin qarşısında dəfələrlə xəbərdarlıq etməyimizə, məhkəmə qərarları göndərməyimizə baxmayaraq, bunu dayandırmazsanız, bizim üzərimizə düşən - lazım gələrsə, bunu bağlaya bilməkdir. Bunun uzunmüddətli olub-olmayacağı - artıq başqa bir məsələdir. Düzələrsə, daimi olmaz", - Ərdoğan belə deyib.Müsahibə zamanı Rəcəb Tayyib Ərdoğan ABŞ, Fransa, Almaniya, Hindistan, Böyük Britaniya kimi ölkələrdə də lazım gəldikdə Facebook, Twitter, Google kimi internet səhifələrin müxtəlif vaxtlarda, müxtəlif səbəblərdən dolayı bağlandığını da diqqətə çatdırıb. "Bizdəki ünsiyyət və əlaqə azadlığı bu ölkələrin əksəriyyətində yoxdur", - deyə Türkiyənin baş naziri bildirib. Ərdoğan həmçinin Türkiyə prezidenti Abdulla Gülün Twitterin bağlanmasına qarşı çıxmasına da münasibət bildirib. "Təbii ki, cənab prezident bu mövqedən çıxış edə bilər, amma mən bu mövqeyi bölüşmürəm. Cənab prezident tvit ata bilər, amma mənim çox da aram yoxdur elə şeylərlə. Seçki qabağı mitinqlərdə çıxış edirəm, mənim bu cür şeylərlə məşğul olmağa vaxtım yoxdur", - Rəcəb Tayyib Ərdoğan belə deyib.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian beynəlxalq təşkilatlara çağırış edib
Dünya 23:54
Pezeşkian beynəlxalq təşkilatlara çağırış edib
Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb
Dünya 23:40
Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 23:03
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Türkiyədə zəlzələ olub
Dünya 22:54
Türkiyədə zəlzələ olub
Tramp baş prokuror Pam Bondini vəzifədən azad edib
Dünya 22:12
Tramp baş prokuror Pam Bondini vəzifədən azad edib
Tehrana gedən körpü bombalanıb
Dünya 21:50
Tehrana gedən körpü bombalanıb
İran yenidən “Amazon”a hücum edib
Dünya 20:30
İran yenidən “Amazon”a hücum edib

Fransada yanacaq tükənir
Dünya 17:44
Fransada yanacaq tükənir
İranda Yaxın Şərqin ən hündür körpüsü partladılıb
Dünya 16:14
İranda Yaxın Şərqin ən hündür körpüsü partladılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol