• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycan oliqarxının qardaşı klub aldı

Azərbaycan oliqarxının qardaşı klub aldı
26.03.2014 18:13
"Bakı" klubunu prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov Latviyada futbol klubu alıb. “Axar.az”ın məlumatına görə, bu, bir qədər əvvəl yaradılmış "Lipeya" klubudur. Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Zeynal Məmmədov qardaşından ayrılaraq Latviyada trikotaj fabriki alması, biznesini ora köçürməsi barədə xəbərlər dərc olunurdu. Hətta o da yazılırdı ki, “Baglan Holdinq”in prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov biznesini Pribaltika respublikalarından birinə köçürür. Buna səbəb qardaşlar arasında olan narazılıq göstərilirdi. Dünən isə  “Bakı” və Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovski yeni vəzifədə fəaliyyətə başladığı xəbəri yayılıb. Məlumata görə, Məmmədov Marislə çox yaxın dostdur. Klubu almağı da Məmmədova məhz o təklif edib. Alğı-satqıdan sonra 34 yaşında karyerasını elə "Bakı"da bitirmiş Maris Verpakovski vətəni Latviyada yeni yaradılan “Lipeya” klubunun prezidenti seçilib. Artıq ilk turda Verpakovskinin klubu “Metta” ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. Məsələnin ən maraqlı tərəfi odur ki, “Lipeya”nın start heyətinə ötən mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbolçunun daxil edilməsidir. Bunlar “Xəzər Lənkəran” və “Rəvan”ın slovakiyalı sabiq müdafiəçisi İvan Pexa, “Qəbələ”, “Rəvan” və “Qarabağ”ın argentinalı keçmiş yarımmüdafiəçisi Kristian Torres, eləcə də “Gəncə” və “Simurq”un latviyalı eks-forvardı Kristap Qrebisdir.Qeyd edək ki, Maris Verpakovski “Bakı”da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək forma geyinib. O, Azərbaycan klubuna məhz Zeynal Məmmədovun təkidilə transfer edilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol