• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Ukraynada Rusiyanın 4 kanalının yayımı dayandırıldı

Ukraynada Rusiyanın 4 kanalının yayımı dayandırıldı
26.03.2014 17:51
Kiyev dairə inzibati məhkəməsi martın 25-də Rusiya telekanallarının Ukrayna ərazisində yayımına qadağa qoyub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə,  bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) nümayəndəsi açıqlamasında bildirib.   Məhkəmə Rusiya telekanallarının Ukrayna ərazisində yayımının dayandırılmasına dair qərarı Milli Televiziya və Radio Şurasının 24 mart tarixli iddiası əsasında verib. MTMŞ-in məlumatına görə, iddia qeyd Rusiya telekanallarının əsas retranslyatoru olan şirkətə qarşı irəli sürülüb. Şirkətin adı açıqlanmır. “UNİAN”-ın  məlumatına görə, qadağa Rusiyanın 4 telekanalına şamil olunub – “RTR”, “Perviy kanal”, “Rossiya-24” və “NTV”. Ukrayna Milli Televiziya və Radio Şurası martın 24-də bu kanalların verilişlərinin ölkə və beynəlxalq qanunvericiliyə zidd olduğunu bəyan edib. Qurumda bu cür tədbirlərin Ukraynada informasiya təhlükəsizliyinin, suverenlik və ərazi bütövlüyünün təmin olunmasının vacibliyi ilə əlaqələndiriblər.   Qeyd edək ki, Rusiya telekanallarının Ukrayna ərazisində yayımına məhdudiyyətlər Krımda Ukrayna kanallarının yayımının dayandırılmasından sonra qoyulub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hind-Sakit Okean enerji sammiti keçiriləcək
Dünya 10:05
Hind-Sakit Okean enerji sammiti keçiriləcək
İran Aİ dövlətlərinin HDQ və HHQ-sini terror təşkilatları elan edib
Dünya 09:17
İran Aİ dövlətlərinin HDQ və HHQ-sini terror təşkilatları elan edib
Zelenski avropalı tərəfdaşları ilə görüşlər keçirəcək
Dünya 23:14
Zelenski avropalı tərəfdaşları ilə görüşlər keçirəcək
İran və Qətər xarici işlər nazirləri arasında telefon danışığı olub
Dünya 13:57
İran və Qətər xarici işlər nazirləri arasında telefon danışığı olub
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Dünya 09:08
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Yaponiyada quş qripi səbəbindən 560 min toyuq məhv ediləcək
Dünya 09:05
Yaponiyada quş qripi səbəbindən 560 min toyuq məhv ediləcək
İranda etirazlarda ölənlərin yeni siyahısı açıqlanıb
Dünya 08:58
İranda etirazlarda ölənlərin yeni siyahısı açıqlanıb
Türkiyədə zəlzələ olub
Dünya 08:46
Türkiyədə zəlzələ olub
Almaniya vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
Dünya 23:07
Almaniya vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol