• $
  • £

"Bakcell”dən rəqəmsal yeniliklər!

17.03.2023 16:52
Bakcell şirkəti rəqəmsal yeniliklərini təqdim edib. Yeni Bakcell tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə etməklə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir. 

İndi Bakcell abunəçiləri müxtəlif xidmətlərdən daha sürətli, asan və heç yerə getmədən istifadə edə biləcəklər. 

Yeni Bakcell tətbiqi üztanıma texnologiyası, onlayn çat, ödəniş və loyallıq proqramının tətbiq olunduğu çoxfunksiyalı platformadır. Tətbiqdəki üztanıma texnologiyası sayəsində eSIM nömrə almaq və ya mövcud Bakcell nömrəsinin eSIM dublikatını çıxarmaq üçün onlayn müraciət etmək kifayətdir. 

"Bakcell”in təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq Bakcell saytı vasitəsilə nömrə ala, özlərinə uyğun tarif və digər xidmətləri seçə bilərlər. 

Yeni rəqəmsal təcrübə ilə www.bakcell.com internet səhifəsində tanış olmaq mümkündür. Tam yeni Bakcell tətbiqini https://onelink.to/bakcell linkindən həm Android, həm iOS platformalarında işləyən mobil cihazlara yükləmək olar. 

Bakcell şirkəti "NEQSOL Holding”in tərkibinə daxildir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol