• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Yanukoviç rus qoşunu ilə Ukraynaya girəcək

Yanukoviç rus qoşunu ilə Ukraynaya girəcək
25.03.2014 23:05
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin ya bu gün, ya da sabah rus qoşunlarının dəstəyi ilə ölkəsində itirdiyi hakimiyyəti geri almaq üçün ölkəsinə girəcəyi barədə məlumat yayılıb.Bu barədə “Naşa versiya” həftəliyi yazıb.Məqalədə bildirilir ki, ürəyindən uğurlu cərrahiyyə əməliyyatı keçirən Yanukoviç martın 26-da xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir. Həmin bəyanatında o, Ukraynada qayda-qanunu bərpa etmək üçün hərbi əməliyyata başladığını elan edə bilər.“Soverşenno sekretno” media holdinqinin tərkibinə daxil olan nəşr yazır ki, Yanukoviç hakimiyyəti qaytarmaq üçün silahlı qüvvələr qismində “Ukraynanın şərqində formalaşdırılan regional özünümüdafiə dəstələri”indən istifadə edəcək. Lakin bu dəstələri kimin formalaşdırdığı göstərilmir.Bildirilir ki, “özünümüdafiə dəstələri”nin tərkibində 30 mindən çox silahlı var. Onlar avtomatlarla silahlanıblar və olduqca yaxşı təchiz olunublar. “Özünümüdafiə dəstələri”ni Ukraynanın şərqindən olan oliqarxların maliyyələşdirdiyi deyilir.Məlumata görə, Ukraynanın keçmiş müdafiə naziri Pavel Lebedev də Yanukoviçin hakimiyyətə qayıtmaq planını dəstəkləyir. Ukrayna ordusunun bir hissəsinin və “regional özünümüdafiə qüvvələrinin” ona loyal olduğu bildirilir.Nəşr bu məlumatların mənbəyini göstərmir. Lakin Yanukoviçin Ukraynaya qayıtmaq planlarının sübutu kimi martın 22-i və 23-də Ukraynanın Odessa, Xerson Xarkov, Donetsk, Luqansk bölgələrində keçirilən mitinqləri göstərir. Həmin mitinqlərdə “Yanukoviç bizim qanuni prezidentmizdir!”, “Yanukoviç, öz xalqını müdafiə et!”, “Yanukoviç, qayıt!” sözləri yazılmış plakatlar qaldırılıb.Bu mitinqlərin Yanukoviçin hakimiyyətə geri qaytarılması planlarının bir hissəsi olduğu bildirilir.Ukrayna mənbələri isə xəbər verir ki, Rusiyanın nəzarətinə keçmiş Krımda Federal Təhlükəsizlik Xidmətinin emissarları tərəfindən ölkənin şərq regionlarında aranı qarışdırmaq üçün xüsusi qruplar formalaşdırılır. Bildirilir ki, Putinin emissarları Ukraynanın şərq regionlarında mitinqlərə qatılmaq üçün adamlara 300 dollar paylayır.Xatırladaq ki, hazırda Rusiya Ukraynanın şərq sərhədləri boyu yaxşı hazırlıq keçmiş və təchiz olunmuş 100 minlik qoşun qruplaşması cəmləşdirib. NATO bildirir ki, bu qruplaşma heç bir maneəyə rast gəlmədən Ukraynadan girib Moldovanın separatçı Dnestryanı bölgəsindən çıxa bilər.Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə bir neçə gün əvvəl Yanukoviçin rus qoşunlarının dəstəyi ilə Kiyevə qayıdacağını demişdi.Bu arada məlum olub ki, Ukraynanın yeni hakimiyyəti ölkənin şərq regionlarında separatçılıq dalğasının qarşısını almaq və sabitliyi təmin etmək üçün Amerikanın muzdlu ordusu kimi tanınan özəl mühafizə şirkətinin əməkdaşlarını cəlb etməyə hazırlaşır.Bildirilir ki, Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin şərqində vəziyyətə nəzarət edə bilmədiyi üçün xarici muzdluları cəlb edəcək. Bu barədə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun sərəncam verdiyi xəbər verilir. Söhbət “Greystone Limited” adlı özəl hərbi mühafizə şirkətindən gedir.Bu şirkət Barbados adalarında qeydiyyatdan keçib, onun ofisləri düyanın müxtəlif ölkələrinə səpələnib. Şirkətin əməkdaşları yerüstü xidmətə və aviasiyaya malikdir.“Greystone Limited” şirkətinin qalmaqallı Amerika özəl mühafizə şirkəti, əvvəlki adı “Blackwater “ olan “Xe Services”in törəməsi olduğu məlumdur. Bu şirkət İraqın Əbu-Qureyb həbsxanasına nəzarət edirdi və onun əməkdaşlarının məhbuslara işgəncə verdiyinə dair görüntülər ortaya çıxmışdı. //Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Londonda etirazçılar İran səfirliyinin binası üzərindəki bayrağı dəyişdiriblər - Video
Dünya 22:10
Londonda etirazçılar İran səfirliyinin binası üzərindəki bayrağı dəyişdiriblər - Video
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol