• $
  • £

BMT rəhbəri terrorla mübarizədən danışdı

BMT rəhbəri terrorla mübarizədən danışdı
29.03.2023 11:37
Ümidsizlik, yoxsulluq, aclıq, işsizlik, konstitusiyaya zidd olaraq hakimiyyət dəyişikliyi Afrika qitəsində terrorçu qrupların genişlənməsi üçün münbit zəmin yaratmağa davam edir. Bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınması üzrə iclasında deyib.

O vurğulayıb ki, heç kim terror təhlükəsindən sığortalanmayıb, lakin ən çətin vəziyyət Afrikadadır.

"Mən Saheldə və başqa yerlərdə terrorçu qrupların qazanclarından çox narahatam. İcma icma, onlar öz imkanlarını genişləndirirlər. Onlayn dünya ekstremist ideologiyaların daha da yayılması üçün qlobal platforma təmin edir”, -- baş katib bildirib.

Quterreş vurğulayıb ki, BMT terror təhlükəsi ilə mübarizədə Afrika ölkələrini dəstəkləyir və gələcəkdə də Təhlükəsizlik Şurasının siyasi məsələlərdə rəhbərliyi, texniki yardım və sanksiya rejimlərinə dəstək vasitəsilə yardımı davam etdirəcək.

"Bu dəstək həmçinin qitə boyu əməkdaşlıq səylərini dəstəkləmək üçün BMT-nin müxtəlif agentliklərini, Üzv Dövlətləri, regional parlamentləri və vətəndaş cəmiyyətini bir araya gətirmək üçün Terrorla Mübarizə Koordinasiyası üzrə Qlobal Saziş çərçivəsində işimizi də əhatə edir", - BMT rəhbəri söyləyib.

O, həmçinin BMT-nin Afrika İttifaqı, regional və subregional Afrika təşkilatları ilə daimi sıx əməkdaşlığını qeyd edib və xüsusilə BMT-nin Nigeriya ilə birlikdə qarşıdan gələn Terrorla Mübarizə üzrə Afrika Sammitini təşkil etdiyini xatırladıb.


Antonio Quterreş həmçinin ən mühüm qabaqlayıcı tədbir kimi terrorizmin sosial və iqtisadi səbəblərinin aradan qaldırılmasının vacibliyini qeyd edib. Bildirib ki, terrorla mübarizə tədbirləri bütün əhali qruplarının, o cümlədən etnik və dini azlıqların, gənclərin və qadınların maraqlarını nəzərə almalıdır.

Çərşənbə axşamı Azərbaycanda da ictimai-siyasi xadim millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunub. Belə ki, Fazil Mustafa evinin qarşısında güllələnib. Dövlət Təhlükəsizlik Xidməti baş verən hadisəsini terror hadisəsi kimi qiymətləndirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol