• $
  • £

Vəkil Zamin Salayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb

Vəkil Zamin Salayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb
29.03.2023 21:42
 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev azadlığa buraxılması tələbi ilə Bakı İstintaq Təcridxanasında 51 gündür aclıq aksiyası keçirir. Bu barədə  onun oğlu Oqtay Salayev məlumat verib.

"Bu gün (martın 29-da) atam zəng etdi. Onun durumu  getdikcə pisləşir. O, artıq təkbaşına yeriyə bilmir. Atamın baş ağrıları, başgicəllənmələri artıb.  O, vaxtaşırı huşunu itirir. Buna baxmayaraq, ata aclığı davam etdirmək niyyətindədir”, - deyə Salayev bildirib.

Martın 29-da Zamin Salayevin vəkili Nemət Kərimli müxalifətçinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən Qaradağ Rayon Məhkəməsinə vəsatət təqdim edib. O, ərizəni məhkəməyə şəxsən təqdim edib.

Onun sözlərinə görə, martın 13-də poçt vasitəsilə göndərilən əvvəlki müraciət ünvana çatmayıb.

Öz növbəsində, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Salayevin vəziyyəti ilə bağlı bildirib ki, martda şöbənin nümayəndələri təcridxanada onunla bir neçə dəfə görüşüblər. 

Bununla bağlı dövlət orqanlarına müvafiq müraciətlər göndərilib.

Zamin Salayevin səhhətinin vəziyyəti və saxlanma şəraiti ombudsmanın diqqət mərkəzindədir.

"Onun vəziyyəti haqqında məlumat mütəmadi olaraq tələb olunur və öyrənilir. Bu gün isə Ombudsman Aparatı Bakı İstintaq Təcridxanası ilə əlaqə saxlayıb və Salayevin yenidən tibbi müayinədən keçəcəyi barədə məlumat alıb”, - Şahzadə vurğulayıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Cəmiyyət 23:30
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Cəmiyyət 23:18
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 20:17
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Cəmiyyət 19:25
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Xəzərdə yenidən zəlzələ olub
Cəmiyyət 18:48
Xəzərdə yenidən zəlzələ olub
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
Cəmiyyət 18:16
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 18:07
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək

74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb
Cəmiyyət 17:45
74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb

Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 17:38
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol