• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Türkiyə və Rusiyaya ixrac edib

Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Türkiyə və Rusiyaya ixrac edib
01.04.2023 16:43
Bu ilin fevralında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı”nın mart sayında bildirilir.

Bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (40,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. Bu ay ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.
2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına 19 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon ABŞ dolları təşkil edib. Hesabat dövrü ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2 %-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8 % artıb.

2023-cü ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5 %, çay ixracı isə 22,7 % artıb.

İki ayda Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Hazırda 376 nəfər ikili diplom proqramları üzrə xaricdə təhsil alır
Cəmiyyət 16:50
Hazırda 376 nəfər ikili diplom proqramları üzrə xaricdə təhsil alır
Oğuzda qanunsuz ağackəsməyə görə iki nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:12
Oğuzda qanunsuz ağackəsməyə görə iki nəfər məsuliyyətə cəlb olunub
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Cəmiyyət 15:20
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Azerbaijani Court to try blogger Alimanov over anti-state calls
Cəmiyyət 14:57
Azerbaijani Court to try blogger Alimanov over anti-state calls
Dual peşə məktəblərinə qəbul sayı 40% artırılıb
Cəmiyyət 14:56
Dual peşə məktəblərinə qəbul sayı 40% artırılıb
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Cəmiyyət 14:37
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Altı ayda dərmandan zəhərlənmələrindən 7 nəfər ölüb
Cəmiyyət 14:25
Altı ayda dərmandan zəhərlənmələrindən 7 nəfər ölüb
Gəncədə iki gün qaz olmayacaq
Cəmiyyət 14:00
Gəncədə iki gün qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol