Kürdəmirdə Aprel döyüşləri şəhidi Əbubəkir İsmayılovun xatirəsi anılıb
Kürdəmirdə Aprel döyüşləri şəhidi, pilot, baş leytenant Əbubəkir İsmayılovun xatirəsi anılıb.
2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkir İsmayılovun bir vaxtlar böyüyüb boya-başa çatdığı evinin qarşısındakı barelyefi ziyarət olunub.
Anım mərasimində şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Çıxış edənlər Aprel döyüşlərində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.
3 dost - 3 pilot Əbubəkir İsmayılov, Ürfan Vəlizadə və Təbriz Musazadə Mİ-24 helikopteri ilə düşmənlə qarşı sona kimi qəhrəmancasına mübarizə apararaq şəhidlik zirvəsinə ucalıblar.
Əbubəkir İsmayılov 1990-cı ildə Kürdəmir şəhərində anadan olub. 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Lələtəpə yüksəkliyinin alınmasında iştirak edib. Döyüşlər zamanı Mİ-24 helikopteri düşmən tərəfindən vurulub və heyət uzvləri qəhrəmancasına şəhid olub.
Əbubəkir İsmayılov və döyüş yoldaşları Bakıda, 2-ci Fəxri xiyabanda dəfn edilib.
O, göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Bayrağı ordeni ilə (ölümündən sonra) təltif olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox