Deputatlar Fazil Mustafanın güllələnməsindən danışdı
Milli Məclisin aprelin 4-də keçirilən plenar iclasında deputatlar Fazil Mustafaya qarşı törədilən sui-qəsdi qınayan çıxışlar ediblər.
Martın 28-də deputat Fazil Mustafa evinin qarşısında sui-qəsdə məruz qalıb. Nəticədə atılan 7 güllədən ikisi ona dəyib. Dövlət Təhükəsizlik Xidməti baş verən hadisəsini terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Deputat Qənirə Paşayeva bildirib ki, bu cəsus şəbəkəsi ilə əməkdaşlıq edən hər kəs cəzasını alacaq.
"Fazil bəyə atılan güllə dövlətə atılan güllədir. Azərbaycanlılar bunu bu cür də qəbul etməlidir. Hər kəs dövlətin yanında olmalıdır. Xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri ortaya çıxarılmalıdır. Terrorun arxasında gizlənənlər bilməlidir ki, Azərbaycan xalqını təhdid etmək olmaz"", - Paşayeva bildirib.
Millət vəkili Bəhruz Məhhəromov çıxışında qeyd edib ki, bu cür terror aktı ilə Azərbaycanı qorxutmaq sadəcə gülüncdür.
"Ölkə daxilində xəyanatkar qruplar nəyisə dəyiş bilməz. Bu cür siyasi fəaliyyət olarmı? Əminəm ki, yaxın günlərdə bu tutulan şəxslər siyasi məhbus da elan olunacaq. Son üç ayda etmədiləri heçnə qalmadı. Bu dövlətlə dövlətçilik etmək olmaz. Dövlət molla rejiminə qarşı lazım olan addımları atır", - deputat söyləyib.
Deputat Əli Məhsimli də baş verən hadisəni iyrənc bir terror adlandıraraq bu addımı Azərbaycana qarşsı inamsızlıq üçün atılan addım kimi qiymətləndirib.
Millət vəkili Aydın Mirzəzadə deyr ki, sifarişin yer aydın göründü.
"Dövlətə atılan gülləni sərt qınayıram. Bu hadisə dünya mətbuatında da yayımlandı. Məqsəd Azərbaycanı qorxutmaq idi. Hesab edirəm Azərbaycanın martın 25-də bir neçə yüksəklik əldə etdikdən sonra bu hadisə baş verdi və bunların bir bağlılığı var", - Mirzəzadə bildirib.
Deputat Zahid Oruc fikrincə martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın
4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət
vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir-terorun silahı nə olursa-olsun,
pistolet, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən
üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə
vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir.
"Teror aktı Azərbaycan dövlətinin sülh quruculuğu
naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Fazil Mustafaya
qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin islama, etiqadlı
insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların
dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də
müqəddəs kitablardır. Son aktı törədənlər Danimarka və Niderlandda Quran
kitabını yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər
Zori Balayanla, Yaxın Şərqdə din bayrağı
altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədilər", - Zahid Oruc çıxışında deyib.
Millət vəkili Sahib Aliyev hesab edir ki, bu müstəqillik qazanadan sonra Azərbaycana açıq şəkildə yeridilən düşməncilikdir.
"Tehranda baş verən terror, Azərbaycana dayanmadan narkotik vasitələrinin göndərilməsi və baş verən hadsə eynidir. Tehran məqsədinə çatmayacaq. Onların buradakı nökərləri lazım olanı cavabı alacaq", Aliyev söyləyib.
Deputat Razi Nurullayev çıxışında düşünür ki, İran üzr istəsə münasibətlər bərpa oluna bilər.
"Aramızda olan körpüləri Tehrandakı hadisə və deputata atılan güllədən sonra pozuldu. Onlar öz tərəfinə düşəni yandırsalar da biz hələ bunu qoruyuruq. İranın müasir düşüncə tərzi çox primitivdir. İran bizim İsraillə dostluq etməyimizə qısqanclıq göstərir. Müasir insan niyə feodal düşüncədə olmalıdır. Azərbaycan üçün qardaş ölkə dost ölkə var. İran bizə qarşə təhdidləri kənarda qoymalıdır. Sui qəsdə görə üzr istməlidir. Bundan sonra münasibətlər normallaşa bilər", - deputat vurğulayıb.
Millət vəkili Hikmət
Babaoğlu çıxışında deyir ki, savadlı Azərbaycan cəmiyyəti ilk gündən hadisəni kim edəcəyini söyləyib.
"Bu illər boyu olan mübarizədir. Mübarizə üç istiqamətində aparılır. Tiryək, dini ideolojiya və terror mübarizəsi. Lazım olan şəxslərə lazım olan cavablar veriləcək", - Babaoğlu deyib.
Deputat Siyavuz Novruzov tribunadan səslənərək İran əlaltılarına "Özünüzü yığışdırın" müraciətini edib.
Millət vəkili Ziyafət Əsgərov baş verən terror aktına münasibətdə qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir.
Deputat Siyavuz Novruzov tribunadan səslənərək İran əlaltılarına "Özünüzü yığışdırın" müraciətini edib.
Millət vəkili Ziyafət Əsgərov baş verən terror aktına münasibətdə qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir.
"Ziya Bünydovun qətli İrandan gəlmişdi.
İranın xoşuna gəlməyən bizim münasibətlərdir. Azərbaycanın zəfərini qəbul edə
bilmirlər. Dəfələrlə bəyanat yayırlar. Amma bunlar heçnəyi dəyişməyəcək", - Əsgərov söyləyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev yerli mətbuata açıqlamasında bildirib ki, hazırda şübhəli qismində 4 nəfər saxlanılıb. Yerli mətbuatda isə 6 nəfərin saxlanmasını xəbərləri yazılıb. Bəzi yerli KİV-də saxlanılan şəxslərin adları və fotoları da yayımlanıb. Rəsmi qurumlar hələlik bununla bağlı hər hansı bir açıqlama verməyiblər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox