İsrailin iki müdafiə texnologiyası şirkəti Meteor Aerospace və SpearUAV 2023-2024-cü illlər ərzində dronların hazırlanması üçün Azərbaycanla müqavilə imzalayacaq. Bu barədə Yaxın Şərq İnstitutunun analitik portalı məlumat verib.
"Hərbi baxımdan İsrail gəmiqayırma zavodları tərəfindən layihələndirilən və Azərbaycan Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzi tərəfindən Türkan kəndində inşa edilən "Saar 62" patrul gəmisi üçün yeni təklifləri qiymətləndirə bilərik. LORA və Barak-8 raketlərinin İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin yeni alışları da mümkündür", bu barədə Yaxın Şərq İnstitutunun analitik portalı yazıb.
Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevlə müdafiə naziri Yoav Qalant arasında fevralda Münhendə keçirilən görüşündən aydın oldu ki, Azərbaycan İsrail istehsalçılarının təkliflərinə açıqdır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biridir. İsrailin silah ixracının 9,1%-i Azərbaycanın, 37%-i isə Hindistanın payına düşür.
SIPRI-nin hesablamalarına görə, 2018-2020-ci illər ərzində Azərbaycan aviasiya texnikası, artilleriya, zirehli texnika, raketlər, müşahidə sistemləri alaraq ordu arsenalını artırıb.
Zinyət Mehtiyeva
www.anews.az