İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasını pisləyib
İran parlamentində İsraildə Azərbaycan səfirliyinin açılması pisləyib. Bu barədə IRNA agentliyi məlumat verib.
Bildirilir ki, İranın 210 deputatı bəyanat qəbul edərək səfirliyin açılmasına münasibət bildirərək, pisləyib.
Agentliyin məlumatına görə, deputatlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb.
Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.
İranlı deputatlar ərəb və islam hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını və Parlamentlərarası İttifaqı Azərbaycanın bu addımını pisləməyə çağırıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib ki, İranın Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış notası ilə əlaqədar İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.
Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox