Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda iki atəşkəs pozuntusu qeydə alıb
Dağlıq Qarabağın Mardakert rayonu ərazisində son sutka ərzində atəşkəs rejiminin iki dəfə pozulması faktı qeydə alınıb, itki yoxdur. Bu barədə çərşənbə günü yayılan Rusiya Federasiyası Müdafiə Nazirliyinin münaqişə zonasında Rusiya sülhməramlı kontingentinin (PMC) fəaliyyətinə dair bülletenində deyilir.
"Mardakert rayonu ərazisində atəşkəs rejiminin iki dəfə pozulması faktı qeydə alınıb. İtki yoxdur. Bu faktlar əsasında Rusiya sülhməramlı kontingentinin komandanlığı araşdırma aparır", - məlumatda deyilir.
www.anews.az

Nazirlik əlavə edib ki, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox