AZAL-ın donanmasına üç yeni nəsil təyyarə daxil olacaq
"AZAL"-ın donanmasına 14 "Airbus” təyyarəsi, 4 ədəd A319ceo, 6 ədəd A320ceo, 2 ədəd A340 və ilin əvvəlindən 3 yeni nəsil A320neo təyyarəsi daxil olacaq. Bu barədə AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
"Bu sövdələşmə "AZAL"-ın 2030-cu ilədək strategiyasının bir hissəsini təşkil edir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin A320neo təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Bugünədək "Airbus" 8,6 min müxtəlif tipli təyyarələrin satışını həyata keçirib.
A320neo təyyarələri böyüdülmüş "Sharklets” qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20% yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.
A320neo 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.
A320neo 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.
2022-ci ildə AZAL sərnişinlərini 26 müxtəlif istiqamətlərdə daşıyıb.
Aytac
www.anews.az