• $
  • £

Türkiyədə son 2 ayda baş verən zəlzələlərin sayı açıqlanıb

Türkiyədə son 2 ayda baş verən zəlzələlərin sayı açıqlanıb
06.04.2023 17:31
Türkiyədə 6 fevralda baş vermiş zəlzələlərdən bu yana ümumilikdə 24 927 yeraltı təkan qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb.
 
Türkiyədə baş verən zəlzələdən sonra 658 mindən çox insan gəlirlərini itirib. Bu barədə Beynəlxalq Əmək Təşkilatı məlumat verib. 

İlkin məlumatlara görə, Türkiyədə 658 mindən çox işçi zəlzələ nəticəsində çörəkpulu qazana bilmir. Ölkə hakimiyyətinin məlumatına görə, "150 mindən çox iş yeri yararsızdır.
 

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, təsirə məruz qalan ərazilərdə hər bir işçi ayda orta hesabla 230 dollardan çox itirir və ümumilikdə, cari böhran səbəbindən gəlir itkiləri ayda təxminən 150 milyon dollar təşkil edir.

Hesabatda qeyd olunub ki, 12 ildir davam edən vətəndaş müharibəsinin artıq iqtisadiyyata və əmək bazarına böyük ziyan vurduğu Suriyada zəlzələlər nəticəsində təxminən 170 min işçi işini itirib.

BMT-nin ixtisaslaşmış qurumu olan BƏT zəlzələlər nəticəsində gəlirlərini itirmiş sakinlərə təcili və məqsədyönlü dəstək göstərilməsə, Türkiyə və Suriyada yoxsulluğun artacağını proqnozlaşdırır. 
 
Fevralın 6-da iki dəfə doqquz saat fərqlə 7.6 və 7.7 bal gücündə zəlzələ baş verib. Nəticədə Türkiyənin 11 vilayətində güclü dağıntılar olub. Minlərlə bina dağılıb. 
 
Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 
 
Zəlzələdən sonra ölkədə 6 bala yaxına fterşoklar olub. 
 
BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib. 
 
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 50 min 399-a çatıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol